Sorğuya cəlb olunan 491 paytaxt sakininin 58 faizi hazırda işlədiyini qeyd edib.
Banker.az xəbər verir ki, bu barədə sorğu “Business Insight” tərəfindən aparılıb.
İşləyənlərə «İşə gedərkən hər gün ən çox hansı nəqliyyat vasitəsindən istifadə edirsiniz?» sualı ünvanlanıb. Məlum olub ki, son dövrlərdə yayılan Covid-19 pandemiyası ilə əlaqədar insanlar şəxsi ailə avtomobillərindən istifadə etməyə daha çox üstünlük verirlər (Nəzərə alın ki, sorğu mart ayında keçirilib).
Bildirək ki, sorğuya cəlb edilmiş respodentlərin 33,3%-i şəxsi avtomobilə, 27,4%-i yalnız avtobusa, 10,9%-i piyada getməyə, 8,4%-i avtobus-metroya, 7,7%-i yalnız metroya, 7,4%-i taksiyə üstünlük verib.