16 C
Baku
Monday, April 29, 2024

Sosial Tədqiqatlar Mərkəzinin gəlirləri kəskin düşüb

Sosial Tədqiqatlar Mərkəzi p.h.ş. (STM) 2022-ci il ərzində 631 min manat zərər edib. 2021-ci ildə qurum 3.04 mln. manat xalis mənfəət əldə etmişdi.

Banker.az bunu Mərkəzin maliyyə hesabatına istinadən xəbər verir.

Hesabatda bildirilir ki, onun əsas əməliyyat gəlirləri 2021-ci ildə 4.79 milyon manat olduğu halda, 2022-ci ildə bu rəqəm kəskin azalaraq 1.85 milyon manat olub.

STM-in işçilər üzrə xərci cəmi 0.96 mln. manat olub ki, bu öncəki ildən cüzi fərqlə artımdır.

Bu zərərdən sonra onun balansında 1.95 mln. manat bölüşdürülməmiş mənfəət qalmaqdadır.

1232

Qeyd edək ki, STM Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli Fərmanı ilə yaradılıb. Mərkəz- ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər