19 C
Baku
Thursday, May 2, 2024

Sosiologiya və marketinqin oxşar və fərqli cəhətləri

Sosiologiya və marketinq tədqiqatları araşdırma üsullarına görə fərqlənirlər. İlk növbədə bu iki istiqamətlərin mövqelərini təhlil etməyə çalışaq. Sosiologiya marketinqdən fərqli olaraq elmdir. Lakin buna baxmayaraq marketinqdə psixologiyanın prinsipləri tətbiq olunur. Praktikada araşdırmalar texnikası həm tətbiqi sosiologiyada, həm də marketinqdə istifadə olunur.

Marketinq və sosiologiya tədqiqatlarının fərqli cəhətləri:

1 . Fərqli hədəflər.

Sosiologiyanın hədəfləri biliklər ehtiyatının zənginləşdirilməsinə yönəldilib. Daha sonra bu biliklərin insanların həyatlarını asanlaşdırmağa xidmət edəcəkləri hesab edilir.
Marketinq tədqiqatları şirkətin idarə heyətinin məhsulun təbliğatında qərarlar qəbul edilməsi üçün məlumatla təmin edilməsi məqsədi ilə keçirilir.

2 . Maliyyələşdirmə mənbələrinə görə fərqlilik.

Sosioloji tədqiqatlar həm dövlət ( nazirliklər, fondlar ), həm də şəxsi müəssisələr tərəfindən (qrantlar, ianələr) maliyyələşir.
Marketinq tədqiqatları üçün isə sifarişçilərin vəsaitləri istifadə olunur.

3 . Müddətlərinə görə fərqlilik.

Sosioloji tədqiqatlar uzun illər boyu sürə bilər.

Marketinq tədqiqatları isə uzun müddət davam edə bilməzlər. Çünki bazar çox tez dəyişə bilir. Adətən marketinq tədqiqatları 2,5-3 ay davam edirlər.

4 . Seçmə metodlarına görə fərqlilik

Sosioloji tədqiqatlarda məqbul statistik səhvlər nəzəriyyəsindən istifadə edilir.
Marketinq tədqiqatları isə sifariş edən üçün vacib olan kvotalar üzrə aparılır.

5 . Məlumatların etibarlılığının qiymətləndirilməsi üzrə fərqlilik

Sosioloji tədqiqatlarda etibarlılıq çox vacibdir. Çünki məlumatların əldə edilməsinə uzun illər sərf olunur.
Marketinq tədqiqatlarında isə bazar informasiyaları istifadə olunur. Məhz bazar informasiyalarının əsasında marketoloq əldə edilmiş məlumatlar barəsində qərar çıxarda bilər.

6 . Amillərin təhlili əsasında fərqlilik

Sosiologiya bir elm olduğu üçün sosioloji tədqiqatlarda hər bir fakt önəmlidir. Burada biliklər  ehtiyatının zənginləşdirilməsi böyük rol oynayır.
Marketoloq isə öz tədqiqatlarında Pareto qaydasından istifadə edir  – “20 % sərf olunmuş səylər 80% nəticə verir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər