28 C
Baku
Saturday, July 27, 2024

Sövdələşməsiz “Brexit” Böyük Britaniyanın avtomobil sənayesinə 51 mlrd. dollardan çox zərər vura bilər

Böyük Britaniyanın avtomobil sənayesi sövdələşməsiz “Brexit”in baş verdiyi halda 2024-cü ilə qədər 40 mlrd. funt sterlinqdən (51,3 mlrd. ABŞ dolları) çox itirə bilər

Bunu  “The Guardian” qəzetinə xəbər verir.

Avtomobil istehsalçıları xəbərdar edir ki, sənayenin sövdələşməsiz “Brexit” nəticəsində və ya keçid dövrünün sonunda Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına qayıdacağı təqdirdə Böyük Britaniya zavodlarının növbəti 5 ildə 1,5 mln. daha az avtomobil istehsal edəcəyi güman edilir.

Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyətinin (SMMT) yeni bir müstəqil araşdırması göstərdi ki, tariflər Böyük Britaniyanın xərclərini 3,2 mlrd. funt sterlinq (4,1 mlrd. dollar) artıra bilər, bu da sənayenin tədqiqat və inkişaf büdcəsinin 90%-nə bərabərdir.

Son xəbərlər
Digər xəbərlər