Rusiyanın Ukraynaya qarşı 24 febralda başlatdığı müharibə davam edərkən Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilk dəfə Ukraynaya gedib orada döyüşən hərbi birlikləri təftiş edib.
Banker.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Şoyqu Ukraynada “xüsusi hərbi əməliyyat”da iştirak edən hərbi hissələrin komandanlıq mərkəzlərində təftiş aparıb. Komandirlər cari vəziyyət və əsas döyüş meydanlarında qoşunların hərəkəti ilə bağlı nazirə hesabat veriblər.
Şoyqunun konkret olaraq hansı ərazidə təftiş apardığı ilə bağlı məlumat paylaşılmayıb.