6 C
Baku
Sunday, December 15, 2024

“S&P”: ABŞ və Aİ-nin yardımı Ukraynanın valyuta ehtiyatlarını stabilləşdirir

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Ukraynaya donor vəsaitlərinin ayrılmasının yaxın aylarda, ilk növbədə ABŞ və Avropa İttifaqından davam edəcəyini proqnozlaşdırır.

“Bu daxilolma büdcənin tələbatını ödəməkdən əlavə, həm də Ukraynanın qızıl-valyuta ehtiyatlarının sabitləşməsinə kömək etməlidir”, – bəyanatda deyilir.

S&P xatırladıb ki, Ukraynanın valyuta ehtiyatları 2022-ci ilin fevral-iyul aylarında 20% azalaraq 22,4 milyard ABŞ dollarına düşüb.

Agentlik bildirib ki, Ukrayna hökuməti BVF-nin yeni maliyyələşdirmə mexanizmini və siyasətini nəzərdən keçirir: “Yeni proqramın vaxtı və təfərrüatları hələ dəqiqləşdirilməyib. Lakin proqram təsdiq olunarsa, o, hökumətin maliyyələşdirilməsinə təzyiqi daha da azalda, etimadı və makroiqtisadi sabitliyi dəstəkləyə bilər”.

 

 

Son xəbərlər
Digər xəbərlər