“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın sığorta sektorunun risklərini yüksək qiymətləndirib.
Bu parametr ölkənin Rusiya və Türkiyə sığorta sektorları ilə ortaq cəhətidir. “S&P” agentliyinin mütəxəssislərinin fikrincə, sektorda gəlirlilik stabil olaraq artır və bu da təklif olunan məhsulların keyfiyyəti ilə dəstəklənir.
Makroiqtisadi mühiti, biznes aktivliyi və ÜDM-in artım perspektivlərini nəzərə alaraq, Azərbaycanda sığorta xərclərinin adambaşına 20-25 dollar arasında qalacağı, lakin sığorta ödənişlərinin ÜDM-ə nisbətinin aşağı olacağı və beşillik orta səviyyəyə, yəni 0,5%-ə yaxın olacağı proqnozlaşdırılır.
Agentlik qeyd edir ki, gələcək artım perspektivləri əsasən proqnozlaşdırılan yeni təşəbbüsləri həyata keçirmək və orta müddətdə yeni sığorta məhsullarını tanıtmaq qabiliyyətindən asılı olacaq.