-1 C
Baku
Sunday, December 15, 2024

S&P: Azərbaycan bank sektorunun gəlirliliyi 2024-2025-ci illərdə sabit olacaq

“Azərbaycan bank sistemi uzun sürən korreksiyadan sonra bərpa olunur”.

Bu barədə “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycanın bank sektoru ilə bağlı qiymətləndirməsində bildirilib.

Qeyd edilib ki, əmtəə qiymətlərinin əlverişli dinamikası kredit tələbini stimullaşdırıb, bu isə aktivlərin keyfiyyətinin yaxşılaşması ilə nəticələnib. Bank sisteminin 2021-2023-cü illərdə yüksək kreditləşmə ilə bərpa prosesini davam etdirəcəyi gözlənilir.

“S&P Global Ratings” ölkənin bank sektorunun gəlirliliyini isə sabit olacağını gözləyir: “Biz 2023-cü il səviyyələrinə uyğun olaraq 2024-cü ilin gəlirliliyini proqnozlaşdırırıq. Sektorunun kapitalının gəlirliliyi (RoAA) 2024-2025-ci illərdə 2,1% təşkil edəcək. Gözləntimiz pərakəndə məhsullara, risk dəyərinin normallaşdırılmasına və əməliyyat xərclərinə nəzarətə yönəlmiş yeni kredit artımına əsaslanır”.

S&P həmçinin, aktiv keyfiyyətinin orta dərəcədə pisləşəcəyi gözləntisindədir. Belə ki, problemli kreditlərin 2024-cü ilin aprel ayının sonundakı 2.7%-dən növbəti 24 ay ərzində 3.5%-ə qədər artacağı proqnozlaşdırılıb. Agentlik bunu sektorun kredit portfelinin artım dinamikasının əvvəlki illərə nisbətən aşağı olması və bankların əlavə ehtiyat ehtiyacları ilə qarşılaşacağı gözləntisi ilə əlaqələndirib. Belə ki, S&P 2024-2025-ci illərdə kredit portfelinin 13% artacağını proqnozlaşdırıb. 2023-cü ildə bu rəqəm 18% təşkil edib. Əlavə edilib ki, 2024-2025-ci illərdə kredit itkiləri portfelin 1,0%-1,2%-i səviyyəsində qalacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər