3 C
Baku
Saturday, December 14, 2024

“S&P”: Azərbaycan manatı ABŞ dollarına qarşı mövqeyini qoruyacaq

“Hazırda Azərbaycan banklarının kredit portfelinin dollarlaşma səviyyəsi 32% təşkil etdiyini nəzərə alındığında, maliyyə sektorunun sabitliyinə yönələn risklər Azərbaycanın valyuta məzənnəsi rejiminə qarşı təziqləri artıra bilər”

Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin açıqlamasında bidirilir.

Açıqlamada həmçinin qeyd olunur ki, faktiki olaraq Azərbaycan manatının ABŞ dollarına qarşı mövqeyini qoruyacağını proqnozlaşdırırıq. Ancaq, dəyişkən neft qiyməti mühiti və Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması fonunda manat təzyiq altında qalır.

Agentlik bildirir ki, rezidentlərin əmanətlərini dollara çevirmələri sürətlənsə və dollarla olan depozitlərin banklardan axını artsa, bank sistemindəki qısamüddətli xarici valyuta likvidliyi azala bilər: “Bu, 2015-ci ildə neft qiymətlərindəki çöküşdən sonra yaşanan senari ilə eynidir. Ancaq, indiyədək əmanətlərin xarici valyutaya konvertasiyasının artımı və ya bank sistemindən depozitlərin çəkilmələri faktları qeydə alınmayıb”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər