10 C
Baku
Wednesday, December 11, 2024

“S&P” Azərbaycanda tənzimləyici təşəbbüslərin bank sektoruna təsirini dəyərləndirib

“Azərbaycanın bank sektorunda tənzimləmə inkişaf edir, lakin idarəetmə və şəffaflıq zəif olaraq qalır”.

Bu barədə “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycanın bank sektoru ilə bağlı qiymətləndirməsində bildirilib.

Qeyd edilib ki, Azərbaycanda sektor üzrə institusional çərçivə region ölkələri ilə müqayisə edilə bilər, qlobal standartlara görə isə nisbətən zəif olaraq qalır.

S&P bununla belə hesab edir ki, Mərkəzi Bank tərəfindən 2023-cü ildə tətbiq edilən tənzimləyici təşəbbüslər, o cümlədən bankların İdarə Heyətlərinə müstəqil üzv təyini ilə bağlı əlavə edilmiş tələblər və risklərin idarə edilməsi tələblərinə edilən dəyişikliklər korporativ idarəetməni təkmilləşdirə bilər.

Reytinq agentliyi həmçinin, Rusiya-Ukrayna müharibəsi dövründə miqrant və kapital axınlarının Azərbaycana təsirini də şərh edib:

“Miqrantların və kapital axınının müsbət təsiri region ölkələrinə nisbətən Azərbaycanda daha az nəzərə çarpır. Azərbaycan 2020-ci ildən quru sərhədlərini bağlı saxladığından, ölkə 2022-2023-cü illərdə Gürcüstan, Ermənistan, Qazaxıstan və Özbəkistanın bank sektorlarına maddi fayda gətirən böyük miqrant axını, pul köçürmələri və qeyri-rezident depozitləri ilə üzləşməyib”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər