10 C
Baku
Thursday, December 12, 2024

“S&P” Azərbaycanın reytinqlərini “BB+/B” səviyyəsində təsdiq edib

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin yerli və xarici valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini “BB+/B” səviyyəsində təsdiq edib, reytinq üzrə proqnoz “stabil” saxlanılıb.

“Stabil” proqnoz 2020-ci ildə karbohidrogen qiymətlərinin aşağı düşməsinə və iqtisadi azalmaya baxmayaraq, gələn ildən yenidən müşahidə olunacaq iqtisadi artımın Azərbaycanın maliyyə və xarici mövqelərinin maddi olaraq pisləşməsinin qarşısını alacağını əks etdirir. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının oxşar inkişaf səviyyəsindəki olan ölkələrlə müqayisədə ortamüddətli dövrdə yalnız orta səviyyədə inkişaf edəcəyi gözlənilir. Güman edilir ki, manatın ABŞ dollarına qarşı de-fakto məzənnəsinin sabit qalması hökumətin böyük xarici aktivləri ilə dəstəklənəcək.

Agentlik qeyd edir ki, COVID-19 pandemiyası və aşağı karbohidrogen qiymətləri səbəbindən iqtisadi fəallığın kəskin azalmasına baxmayaraq, Azərbaycanın maliyyə və xarici mövqeləri “BB” kateqoriyasında qiymətləndirilən ən güclü ölkələr arasında qalır.

<ins’ style=”box-sizing: border-box;”></ins’>

Ölkənin maliyyə və xarici balanslarının 2021-ci ildə proqnozlaşdırıldığı kimi artmasa, “S&P” Azərbaycanın reytinqlərini azalda bilər. Bu ssenari karbohidrogen qiymətlərinin aşağı düşməsi və COVID-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına yaratdığı təzyiqin artması halında baş verə bilər. Bundan əlavə, reytinqdə pisləşmə həm də ölkənin real ÜDM-in oxşar iqtisadi sistemə və inkişaf etmiş ölkələrlə müqayisədə daha az artarsa nəzərdən keçirilə bilər.

Reytinqlərin yaxşılaşdırması xarici balansların proqnozlaşdırılandan daha yüksək olduğu ssenari də nəzərdən keçirilə bilər. Bu, əsasən karbohidrogen gəlirləri ciddi şəkildə artarsa baş verə bilər. Sözügedən ssenariyə həm də iqtisadiyyatın bir qədər də şaxələndirilməsi və pul siyasətinin təkmilləşdirməsi daxildir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər