Azərbaycanın bank sektoru uzun sürən korreksiyadan sonra bərpa prosesini davam etdirir.
Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi proqnozunda bildirilib.
“Bir neçə illik durğunluqdan sonra 2020-ci ildən etibarən bank sektorunda kredit fəaliyyəti yenidən canlanıb. Biz gözləyirik ki, uçot dərəcəsinin tədricən yumşaldılması 2024-2025-ci illər ərzində kreditləşmə artımını dəstəkləməlidir. Hesab edirik ki, kredit portfelinin artması fonunda problemli kreditlər (QPL) 2023-cü ilin sonunda Azərbaycan Mərkəzi Bankı tərəfindən rəsmi olaraq bildirilən 2,6%-lə müqayisədə növbəti iki il ərzində təxminən 4,0%-ə qədər arta bilər” – S&P əlavə edib.