25 C
Baku
Saturday, July 27, 2024

“S&P”: “OPEC+” noyabrda gündəlik neft hasilatını 700 min barel azaldıb

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması iştirakçıları noyabrda xam neft hasilatını sutkada 700 min barel azaldıb ki, bu da aprel ayından bəri ən kəskin aylıq azalmadır.

Bu barədə “S&P Global Commodity Insights”ın araşdırmasına istinadən xəbər verir.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 13 ölkəsi üzrə gündəlik neft hasilatı oktyabr ayı ilə müqayisədə 850 min barel azalaraq sutkada 28.87 milyon barel təşkil edib. “OPEC+” üzrə Rusiya və digər səkkiz müttəfiq noyabrda neft hasilatını 150 min barel artıraraq, 13.70 mln. barelə çatdırıb.

Qeyd olunur ki, noyab ayında “OPEC+” iştirakçısı olan Azərbaycanda gündəlik neft hasilatı 550 min barel təşkil edib, bu da kvota göstəricisindən (684 min barel) 134 min barel azdır.

Ümumi azalma, ittifaqın iqtisadi maneələrə qarşı çıxmaq üçün gündəlik neft hasilatı üzrə kvotaların 2 milyon barel azaldılmasını həyata keçirməsi ilə baş verib. Lakin Rusiya da daxil olmaqla bir çox üzvlər öz hədəflərini xeyli aşağı yerinə yetirdiyinə görə, faktiki azalma həmişə qoyulan kvotalardan aşağı olacaq.

Araşdırma onu göstərib ki, ittifaqın kvotaları ilə faktiki hasilat arasında fərq kifayət qədər böyük olaraq 1.89 mln. barel olub, lakin bu, oktyabr ayı ilə müqayisədə böyük irəliləyişdir. O zaman kəsir 3.273 mln. barel təşkil edirdi.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər