“S&P”: Qlobal bank sektoru 2023-cü ildən tez bərpa olunmayacaq – PROQNOZ

“S&P Global Ratings” agentliyi bu il G20 ölkələrinin yarısından çoxunu əhatə edən qlobal bank sektorunun 2023-cü ilədək böhrandan əvvəlki səviyyəyə qayıda bilməyəcəyini proqnozlaşdırır.

Reytinq agentliyinə verdiyi məlumata görə, pandemiya başlayandan qlobal bank sektorunda 335-dən çox maliyyə institutununu müxtəlif göstəricilər üzrə reytinqləri endirilib və bankların dayanıqlıq reytinqlərinin böhrandan əvvəlki səviyyələrə qayıtmaqda çətinlik çəkəcəyi gözlənilir.

Agentlik qeyd edir ki, inkişaf etməkdə olan ölkələrin banklarının 2020-ci ildə kredit itkilərinin kəskin artacağı ehtimalı yüksəkdir. Eyni zamanda, sonrakı illərdə vəziyyətin tədricən yaxşılaşması üçün potensialın olduğu da qeyd edilir.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər