10 C
Baku
Thursday, December 12, 2024

“S&P”: “Rusiya-Ukrayna münaqişəsinin Azərbaycan iqtisadiyyatına geniş təsirləri görünmür”

Rusiya-Ukrayna münaqişəsinin Azərbaycan iqtisadiyyatına təsiri neftin qiymətindən kənar bəzi qeyri-müəyyənliklərə baxmayaraq məhdud görünür.

Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərinin “BB+/B” səviyyəsində təsdiq edilməsinə dair məlumatında deyilir.

“Rusiya Azərbaycanın idxal baxımından ən böyük ticarət tərəfdaşıdır və ən böyük idxal maddəsi buğda olmaqla ümumi mal idxalının 20 %-ni təşkil edir. Müharibədən əvvəl Ukrayna idxalın 4.5 %-ni təmin edib. Münaqişə, qida məhsulları da daxil olmaqla inflyasiyaya təkan versə də, hazırda tədarük zəncirində geniş yayılmış pozuntular və ya müəyyən malların çatışmazlığı kimi Azərbaycana daha geniş təsirləri görünmür”, – “S&P” qeyd dib.

Agentlik bildirib ki, Rusiya vətəndaşlarının Azərbaycana köçməsi və ya vəsaitlərinin köçürülməsi ilə bağlı bəzi təsdiqlənməmiş məlumatlar var, lakin “bunun makroiqtisadi effekti hələ də əhəmiyyətsizdir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər