13 C
Baku
Tuesday, May 14, 2024

“SpaceX” gizli missiya üçün hərbi peykləri orbitə çıxaracaq

ABŞ-nin “SpaceX” kosmik şirkəti yanvarın 16-da gizli hərbi peykləri olan “Falcon Heavy” daşıyıcı raketini kosmosa buraxmağı planlaşdırır.

Göyərtəsində məxfi hərbi peyklər olan güclü daşıyıcı raketin buraxılışı Floridadakı Kennedi Kosmik Mərkəzindən həyata keçiriləcək.

Peyklərdən biri – “Continuous Broadcast Augmenting SATCOM 2” adlı hərbi rabitə peyki Yerdən təxminən 35,700 km hündürlükdəki geostasionar orbitə buraxılacaq.

Qeyd edək ki, bu, “Falcon Heavy” üçün beşinci uçuş olacaq.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər