“SpaceX” istiqraz yerləşdirilməsinə başlayıb

“SpaceX” investisiya dərəcəli təminatsız istiqrazların emissiyasına başladığını elan edib. “Bloomberg”in şirkətin açıqlamasına istinadən verdiyi məlumata görə, vəsait cəlbi süni intellekt sahəsindəki ambisiyaların maliyyələşdirilməsi məqsədi daşıyır.

Milyarder İlon Maskın şirkəti istiqrazları yalnız ixtisaslı investorlar arasında yerləşdirəcək. Emissiya “SpaceX”in rekord həcmli — 85,7 milyard dollarlıq IPO-sundan qısa müddət sonra başlayıb.

İyunun 18-də “Reuters” mənbələrə istinadən xəbər vermişdi ki, “SpaceX” 20 milyard dollar həcmində istiqraz yerləşdirməyi planlaşdırır. Məlumata görə, cəlb ediləcək vəsait əsasən “xAI” və “X” sosial şəbəkəsinin alınması üçün götürülmüş kreditin yenidən maliyyələşdirilməsinə yönəldiləcək. Mənbələrin sözlərinə görə, istiqrazların ödəmə müddəti 10 il olacaq.

Kosmik şirkətin IPO-su iyunun ortalarında baş tutub. “SpaceX” ilkin olaraq hər səhm üçün 135 dollar qiymətlə 75 milyard dollar cəlb etməyi planlaşdırırdı. Lakin yüksək investor tələbi sayəsində anderrayterlər əlavə 83,3 milyon səhm sataraq əməliyyatın həcmini təxminən 11 milyard dollar artırıblar.

Nəticədə IPO çərçivəsində cəlb olunan ümumi vəsait 85,7 milyard dollara çatıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər