2 C
Baku
Sunday, December 15, 2024

“SpaceX” səhmdarlardan $337 mln. cəlb edib

Dünyanın ən varlı adamı İlon Maska məxsus olan “SpaceX” şirkəti səhmdarlardan 337 milyon dollar investisiya cəlb edib.

Banker.az xəbər verir ki, şirkətin nümayəndələri sövdələşmənin təfərrüatları ilə bağlı nəşrin suallarına cavab verməyiblər.

2020-ci ilin avqust ayında “SpaceX” 1.9 milyard dollar sərmayə toplamışdı ki, bu da şirkətin indiyədək ən böyük maliyyə raundu olub. Onda investorlar şirkəti 46 milyard dollar dəyərində qiymətləndiriblər. 2021-ci ilin fevral ayında “CNBC” “SpaceX”in dəyərinin 74 milyard dollar yüksəldiyini yazıb.

2021-ci ilin avqustunda “SpaceX” orbital uçuşlar üçün “Starship” kosmik gəmisinin prototipini yığmışdı. İki ay sonra İlon Mask 2021-ci ilin noyabrında onu orbitə buraxılmağa hazır olduğunu açıqlamışdı.

2021-ci ilin aprelində “SpaceX” 1.16 milyard dollara yaxın kapital toplayıb. Şirkətin səhmdarları arasında “Alphabet” və “Fidelity” də var.

2021-ci ilin dekabrında İlon Mask “SpaceX” işçilərinə “Starship” raketi üçün mühərriklərin ləng istehsalına görə şirkətin iflas riski barədə məktub göndərib.

Son xəbərlər
Digər xəbərlər