Amerikanın aerokosmik korporasiyası “SpaceX”in səhmləri ardıcıl üçüncü ticarət sessiyasında dəyər itirib. “The Wall Street Journal”ın məlumatına görə, son sutkada səhmlər 16,4% ucuzlaşaraq bir səhm üçün 154,6 dollara düşüb.
Şirkət iyunun 12-də hər biri 135 dollar qiymətində 555,6 milyon səhm yerləşdirib. Həmin gün səhmlər 19% bahalaşmışdı. Bir səhm üçün 154,6 dollar səviyyəsinə eniş isə IPO-dan sonra qeydə alınan ən aşağı göstərici olub.
İyunun 22-də keçirilən sessiyanın yekunlarına görə, “SpaceX”in bazar kapitallaşması 2 trilyon dollardan bir qədər çox olub. İyunun 16-da, səhmlərin qiyməti tarixi maksimum olan 225,64 dollara çatdığı vaxt şirkətin bazar dəyəri 2,99 trilyon dollar təşkil edirdi.







