Banker.az xəbər verir ki, Elon Musk-n SpaceX kosmik şirkəti növbəti investisiya raundu çərçivəsində 21 milyard dollar olaraq qiymətləndirilib.
Cəlb edilən vəsaitlərin həcmi açıqlanmır. Məlumdur ki, raund çərçivəsində SpaceX şirkəti 135 dollar dəyərində səhmlər buraxıb ki, bu da 2015-ci ilin göstəricilərindən 75% çoxdur. Həmçinin, maliyyələşməsi raundunda iştirak edən investorlar da naməlumdur.
Qeyd edək ki, 2015-ci ildə baş tutmuş investisiya raundu çərçivəsində şirkət 12 milyard dollar olaraq qiymətləndirilmişdi.