6 C
Baku
Sunday, December 15, 2024

“SpaceX” yeni internet-peyklər qrupunu orbitə çıxarıb

“Falcon 9” raket daşıyıcısı “Starlink” sisteminin qlobal internet şəbəkəsinin əhatə dairəsini genişləndirmək üçün 22 mini-peykdən ibarət daha bir partiyanı uğurla orbitə çıxarıb.

Bu barədə peyklərin yaradıcısı olan “SpaceX” şirkəti məlumat yayıb.

“22 “Starlink” peykinin orbitə çıxarılması təsdiqlənib. Raketin buraxılışı ABŞ Kosmik Qüvvələrinin Florida ştatındakı Kanaveral burnunda yerləşən bazasının 40-cı buraxılış kompleksindən ABŞ-ın şərq sahili vaxtı ilə saat 09:20-də (Bakı vaxtı ilə saat 17:20-də) həyata keçirilib. Təxminən bir saat sonra daşıyıcının ikinci hissəsindən ayrılan peyklər orbitə çıxıblar”, – məlumatda deyilir.

Qeyd edilir ki, buraxılış çərçivəsində daşıyıcı raketin ilk dəfə istifadə edilən təkrar istifadə oluna bilən birinci hissəsi ayrıldıqdan sonra Atlantik okeanındakı “A Shortfall of Gravitas” dron platformasına idarə olunan şaquli eniş edib.

Son xəbərlər
Digər xəbərlər