27 C
Baku
Saturday, July 27, 2024

“SpaceX”in dəyəri 74 mlrd. dollara çatıb

Milyarder İlon Maska məxsus olan “SpaceX” şirkətinin dəyəri 850 milyon dollar investisiya cəlb etdikdən sonra 74 milyard dollara çatıb.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə CNBC məlumat verib.

Mənbələrə görə, bununla yanaşı şirkət təxminən 6 milyard dollar investisiya təklifini alıb.

Xatırladaq ki, daha əvvəl “SpaceX” şirkəti “Starlink” istifadəçilərinin 10 min nəfərə çatdığını açıqlamışdır. Şirkət hesabatında orbitə mindən çox peyk buraxdığını vurğulamışdır. Qeyd edək ki, minimal əhatə dairəsi üçün 360 peyk tələb olunur.

Fevral ayında İlon Mask “Starlink”i n birjaya çıxmasını mümkün hesab etdiyini bildirmişdir.

2020-ci ilin avqustunda isə “SpaceX” 1.9 milyard dollar investisiya cəlb etmişdir – bu, tanınmış şirkətlər arasında ən böyük raund olmuşdur. Həmin ərəfədə investorlar “SpaceX”i 46 milyard dollar dəyərində qiymətləndirmişdir.

Son xəbərlər
Digər xəbərlər