-1 C
Baku
Sunday, December 15, 2024

“SpaceX”in kapitallaşması 100 mlrd. dolları keçib

Dünyanın ən varlı adamlarından biri İlon Maska məxsus olan “SpaceX” şirkətinin kapitallaşması 100 milyard dolları keçib. Xatırladaq ki, hələ 2021-ci ilin fevralında investorlar onu 74 milyard dollar dəyərində qiymətləndiriblər.

Banker.az xəbər verir ki, “SpaceX” yeni və mövcud investorlarla biri 560 dollar qiymətinə 755 milyon səhmin satışı haqqında müqavilə bağlayıb. Bu, şirkətin dəyərini 100.3 milyard dollara qədər artırır. Mənbələrə əsasən, “SpaceX” investisiya cəlb etməyib və bu müqavilə mövcud səhmlərin ikincil satışı deməkdir.

Qeyd edək ki, “SpaceX” qiymətləndirmə baxımından dünyanın ikinci ən böyük şirkətidir. O yalnız Çinin “Bytedance” (140 milyard dollar) və “Stripe” fintex-startapından (95 milyard dollar) geridədir

2020-ci ilin avqustunda şirkət 1.9 milyard dollar investisiya cəlb edib, sentyabr ayında isə kosmosa dörd turistdən ibarət mülki ekipaj göndərib. “SpaceX” dünyanın 14 ölkəsində 100 mindən çox istifadəçisi olan “Starlink” operatorunu inkişaf etdirir.

Son xəbərlər
Digər xəbərlər