19 C
Baku
Monday, May 27, 2024

Spekulyantlar 2016-cı ilin əvvəlindən ilk dəfə rublun zəifləməsinə yatırım edir

ABŞ-dakı spekulyantlar tərəfindən rublun zəifləməsinə edilən yatırımlar 2016-cı ilin yanvarından etibarən ilk dəfə Rusiyanın milli valyutasının möhkəmlənməsinə edilən investisiyaların sayından çox olub.

RBK agentliyinə istinadən, bu barədə ABŞ-ın fyuçers ticarəti üzrə komissiyasının açıqladığı məlumatda deyilir.

Məlumata əsasən, iyunun 27-də başa çatan həftə ərzində “öküzlər” rublun məzənnəsi üzrə fyuçerslərlə bağlı uzun mövqelərini 19% və ya 4128-dən 4906-dək, “ayılar” isə qısa mövqelərini 2 dəfə və ya 2696-dan 5574-dək artırıb.

Sonuncu dəfə hec fondların rubl üzrə xalis mövqeyi (uzun və qısa mövqelər arasında fərq) 2015-ci ilin dekabr ayından 2016-cı ilin yanvar ayınadək 4 həftə ard-arda mənfi olub. Həmin müddət ərzində dollar 67 rubldan 83 rubladək bahalaşıb. Bundan sonra hec fondlar rublun bahalaşmasına yatırım etməyə başlayıb, 2016-cı ilin oktyabr ayında isə onların uzun mövqeyi tarixi maksimuma (32 300 müqavilə) çatıb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər