9 C
Baku
Thursday, December 12, 2024

“Spotify” “Clubhouse”un rəqibini alıb

Striminq platforması olan “Spotify” son günlərdə populyarlaşan “Clubhouse” sosial şəbəkəsi ilə rəqabət aparmaq üçün “Betty Labs” şirkətini alıb. O, idman xəbərlərini və şayiələri canlı olaraq müzakirə edən pərəstişkarlar üçün “Locker Room” xidmətini yaradıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Razılaşmanın məbləği açıqlanmır. Əməliyyat başa çatdıqdan sonra tətbiqin adı dəyişdiriləcək. Verilən məlumata görə, gələcəkdə təkcə idmana deyil, musiqi və mədəniyyətə də vurğu ediləcək.

Yeni platformada peşəkar idmançılar, yazıçılar, musiqiçilər və mahnı müəllifləri tamaşaçılarla canlı ünsiyyət qura, mübahisələr və ya susal-cavab sessiyalarını keçirə biləcəklər.

Bir çox digər şirkətlər də “Clubhouse”un analoqunu üzərində çalışırlar. Məsələn, “Facebook”. “Twitter” öz “Space” audioplatformasını 2020-ci ilin dekabrında sınaqdan keçirməyə başlayıb.

Xatırladaq ki, “Spotify” İsveçdə 2006-cı ildə yaradılıb. Xidmət abunə sistemi ilə işləyir.

Son xəbərlər
Digər xəbərlər