“Stadler” Gürcüstanda hərəkət edən qatarlara xidmət göstərəcək

İsveçrənin “Stadler” şirkəti Gürcüstanın dəmir yolları ilə hərəkət edən qatarlara xidmət göstərəcək.

Bununla bağlı “Gürcüsan Dəmir Yolları” SC və şirkət arasında müqavilə imzalanıb.

Sənədə əsasən, “Stadler” bu gündən etibarən Gürcüstanda qatarların hərəkəti üzrə müxtəlif xidmətlər göstərəcək və təhlükəsizliyi təmin edəcək.

SC-dən qeyd olunub ki, 2016-cı ildən “Stadler Kiss” modelli qatarlar Tbilisi-Batumi-Tbilisi istiqaməti üzrə sərnişin daşıyır. İsveçrə şirkəti uzun illər “Gürcüstan Dəmir Yolları”nın etibarlı tərəfdaşıdır və gələcəkdə əməkdaşlığın daha da aktivləşdirilməsi planlaşdırılır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.