25 C
Baku
Sunday, July 21, 2024

“Standard İnsurance” açıqlama verdi

 

Son günlər internet səhifələrində “Standard İnsurance” ünvanına müəyyən ittihamlar qaldırılmışdır. Bununla bağlı şirkət rəsmi olaraq açıqlama verib:

“Standard İnsurance Georgia” Sığorta Şirkətinin səhmdarı Azərbaycan şirkəti deyil. Belə ki, həmin şirkətin səhmdarı Avropa İttifaqı ərazisində qeydiyyatdadır və orada fəaliyyət göstərir. Eyni zamanda, ASC “Standard İnsurance” Sığorta Şirkətinin sədrinin və İdarə Heyətinin bir nəfər üzvünün “Standard İnsurance Georgia” Sığorta Şirkətinin Müşahidə Şürəsının üzvləri olması müvəqqəti haldır. “Standard İnsurance Georgia” Sığorta Şirkətinin hazırkı səhmdarı tərəfindən müşahidə şürasını yeni tərkibinin formalaşdırılması prossesi gedir və həmin prosses bitənə qədər müşahidə şürasının köhnə üzvlərinin öz vəzifələrini icra etmələri xahiş olunmuşdur.

“Standard İnsurance Georgia” Sığorta Şirkətinin adı bəzi xəbər saytlarında keçən bir nəfər işçisinin Erməni mənşəli olması barədə yayılan məlumatlar həqiqəti əks elətdirmir. Belə ki, həmin şəxs erməni deyil yezidi kürd etnik mənşəli Gürcüstan vətəndaşıdır. Həmin şəxsin etnik mənşəyini təsdiq edən sənədlər “Standard İnsurance Georgia” Sığorta Şirkətində mövcuddur.

“Standard İnsurance Georgia” Sığorta Şirkətinin ASC “Standard İnsurance” Sığorta Şirkəti ilə hər hansı əməkdaşlıqı hal hazırda yoxdur.

 

Son xəbərlər
Digər xəbərlər