-1 C
Baku
Sunday, December 15, 2024

“Standard Sığorta”nın rəhbərliyində yeni təyinatlar olub

“Standard İnsurance” sığorta şirkətinin rəhbərliyində yeni təyinatlar olub. Şirkətdən verilən məlumata görə, martın 1-dən etibarən Emin Bünyatov İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. Qoşqar Həsənov İdarə Heyətinin üzvü seçilib.

Samirə Sadıqova mühasibatlıq şöbəsinin direktoru, Tural Əsgərov isə Sığorta Hadisələri və hüquq departamentinin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Emin Bünyatov 1982 -ci ildə Bakı şəhərində doğulub. Ali təhsillidir. Qərb Universitetinin İnzibati idarəetmə fakültəsini bitirib. 2009-ci ilin dekarb ayından etibarən “Standard Insurance” Sığorta Şirkətində çalışır.  EBCL (European Business Competence License) sertifikata malikdir. Azərbaycan, rus və inglis dillərini bilir. Amerikanın “Kingston University” məktəbindən MBA dərəcəsini alıb.

MənbəFins.az
Son xəbərlər
Digər xəbərlər