7 C
Baku
Thursday, December 12, 2024

“Standard & Poor’s” Rusiyanın uzunmüddətli kredit reytinqini təsdiqləyib

“Standard & Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi Rusiyanın uzunmüddətli kredit reytinqini “BBB-“ səviyyəsində təsdiqləyib.

Bu barədə Rusiya mətbuatına istinadən xəbər verilir.

Məlumata görə, agentlik açıqlamasında qonşu ölkənin paytaxtı Moskvaya xüsusi diqqət yetirib, bu şəhərin ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyətə malik olduğunu, ümumi daxili məhsulun 20%-ni təmin etdiyini bəyan edib.

“Moskva iqtisadiyyatı yüksək dərəcədə şaxələnməsi ilə xarakterizə olunur. Paytaxtın əhalisi artmaqda davam edir, işsizlik səviyyəsi isə getdikcə azalıb. Bu il avqustun 1-nə işsizlər əmək qabiliyyətli əhalinin cəmi 0,55%-ni təşkil edib”, – deyə S&P qeyd edib.

Bu il Rusiya iqtisadiyyatının artım tempini 3,7% səviyyəsində qiymətləndirən agentlik hesab edir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin məhdudiyyətləri götürüldükdən sonra ölkədə, xüsusilə paytaxtda nəzərəçarpacaq dərəcədə inkişaf müşahidə ediləcək.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər