20 C
Baku
Monday, May 20, 2024

“Standart Insurance”in rəhbəri dəyişdi

“Standard Insurance” sığorta şirkətinin rəhbərliyi dəyişib. Bu barədə fins.az-a şirkətdən məlumat verilib. Məlumata görə, “Standard Insurance”da İdarə Heyətinin sədri Kamal İbrahimov şirkəti tərk edib. Onun yerinə Aydın Rəhmanov təyin olunub. A. Rəhmanov indiyə qədər “Standard Insurance”in İdarə Heyəti sədrinin 1-ci müavini vəzifəsində çalışıb.

Aydın Rəhmanov 1979-cu ildə Bakı şəhərində anadan olub, ali təhsillidir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Tikintinin iqtisadiyyatı və idarə edilməsi” fakultəsini bitirib. 1996-cı ildə sığorta sahəsində, 2003-cü ildə etibarən “Standard İnsurance” şirkətində çalışır. Azərbaycan, rus və ingilis dillərini bilir. Ailəlidir, bir övladı var.

Son xəbərlər
 ⁠
Digər xəbərlər