“Star” NEZ-in dizel və təyyarə yanacağı istehsalında illik məhsuldarlığı 10% artırılıb.
Banker.az xəbər verir ki, bu barədə Socar-dan məlumat verilib.
NEZ-də yanacaq kimi istifadə olunan təbii qazın istehlakı 2020-ci ildə əvvəlki ilə nisbətən 6% azaldılıb, karbon emissiyasında 178 000 tonluq azalma, su sərfiyyatında isə ildə 406 000 ton qənaət təmin edilib. Bütün bu nəticələr 2020-ci ildə “Star” NEZ-in faiz, amortizasiya və vergidən əvvəlki əməliyyat gəlirinə də 35 mln. dollarlıq bir töhfə verib.