Daha əvvəl ABŞ və Böyük Britaniyada kassirsiz mağazalar şəbəkəsini açan “Amazon”, “Starbucks” ilə ortaq müəssisə açmaq üçün danışıqlara başlayıb.
Banker.az xəbər verir ki, layihə çərçivəsində vahid markanın yaradılması planlaşdırılır.
Qeyd edək ki, “Amazon” “Starbucks” ilə nağdsız ödəniş mağazaları sahəsində əməkdaşlıq edir: 2019-cu ildə iki “Amazon Go” müəssisəsində “Starbucks” qəhvəxanaları açılıb. Bu cür məkanlarda “Starbucks”dan tətbiq vasitəsilə sifariş etmək, “Amazon Go” texnologiyasından istifadə edərək yemək almaq mümkündür.
“Amazon Go” (Londonda “Amazon Fresh”) müştərinin hansı əşyaları götürdüyünü müəyyən etmək üçün maşın görmə texnologiyasından istifadə edir.