7 C
Baku
Sunday, January 29, 2023

Statistika Komitəsi: Kənd təsərrüfatı istehsalı 10 milyard manata yaxın olub

2022-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 9 milyard 728.7 milyon manat təşkil etib. Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Hesabata əsasən, bu məbləğin 4 milyard 424.5 milyon manatı heyvandarlıq, 5 milyard 304.2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3.2%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3.1%, bitkiçilik məhsulları üzrə isə 3.2% artıb.

khughi

Hazırda kənd təsərrüfatı məhsullarının yığımı başa çatmaq üzrədir. 2022-ci il noyabr ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrindən 2 milyon 882.4 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 6.2% az məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30.4 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 30.4 min hektar qarğıdalı sahəsindən 232.7 min ton məhsul götürülüb. Yığım başlanandan sahələrdən 1 milyon 31.1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2.4% çox kartof, 1 milyon 729.3 min ton (1.4% çox) tərəvəz, 468.7 min ton (1.9% çox) bostan məhsulları, 1 milyon 59 min ton (3.5% çox) meyvə və giləmeyvə, 204.7 min ton (1.7% çox) üzüm, 954.2 ton (15.5% az) yaşıl çay yarpağı, 153.6 min ton (5.2% az) şəkər çuğunduru, 199.1 min ton (8.3% çox) pambıq, 28.5 min ton (10.9% çox) günəbaxan və 3.7 min ton (35.2% az) tütün yığılıb.

2022-ci il oktyabr ayının 1-nə ölkədə ümumi sahəsi 1.6 min hektar olan 3 117 vahid istixana fəaliyyət göstərmişdir. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 14% artaraq 318.2 min ton, xiyarın istehsalı 37.9% artaraq 25 min ton olub. Təsərrüfatlarda 2023-cü ilin məhsulu üçün müvafiq işlər görülür. Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 941.8 min hektar sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 344.9 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Ondan 190.7 min hektarı buğda, 154.1 min hektarı arpa və 0.1 min hektarı çovdar təşkil edir.

2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2.9% artaraq 470.8 min ton, süd istehsalı 1.6% artaraq 1 milyon 837.6 min ton, yumurta istehsalı 6.7% artaraq 1 milyard 658.6 milyon ədəd, yun istehsalı 2.2% azalaraq 15.6 min ton, barama istehsalı 31.4% azalaraq 341.4 ton olub.

 

Son xəbərlər
Digər xəbərlər
X