10 C
Baku
Thursday, December 12, 2024

Stivensonun “şeytan şüşəsi” paradoksu

Stivensonun “şeytan şüşəsi” paradoksu – R. L. Stivensonun “Şeytan şüşəsi” hekayəsində təsvir edilmiş məntiqi paradoksdur.

Mövzusu:

Havay adalarında yaşayan Keave adlı vətəndaşı olan qəhrəman şeytanın yaşadığı bir şüşə alır. Şüşənin alınması şərtləri belə idi: Şeytan şüşə sahibinin bütün ömrü boyu istənilən arzusunu yerinə yetirəcəkdi. Lakin bir şərtlə ki, həmin şəxs ömrünün sonuna qədər başqa bir alıcı tapmalı və bu şüşəni aldığı qiymətdən daha ucuza satmalı idi. Əks təqdirdə o cəhənnəmdə yanmalı idi. Başqa bir şəkildə şüşədən xilas olmaq mümkün deyil. Şüşə bir kənara atılsaydı belə o mütləq sahibinə geri dönəcəkdi. Bundan əlavə, istənilən arzunun yerinə yetirilməsi qarşılığında onun bir yaxını zərər görəcəkdi. Şüşə sahibi varlı olmağı arzu edir və tezliklə onun dayısı və dayısı oğlu dünyasını dəyişir və bütün sərvətini ona miras qoyur.

Paradoksun mahiyyəti:

Müəllif hekayədə paradoks yaradır: şüşəni ən ucuz hansı məbləğə satmaq mümkündür? Aydındır ki, əgər şüşə sahibi onu cəmi 1 sentə əldə edibsə və qəbul etdiyi qaydalara görə ömrünün sonunda onu satmaq lazım gəldikdə onu daha ucuz məbləğə sata bilməyəcəkdi. Bundan əlavə, istənilən alıcı onu 1 sentə almaqdan imtina edəcəkdi. Çünki daha sonradan onu satma mümkün olmayacaqdı. Digər tərəfdən isə şüşənin qiyməti nə qədər yüksək olarsa, ona daim müştəri tapmaq bir o qədər asan olacaq. Hər bir satışla yeni sahib tapmaq cəhdləri də azalır.

Hekayədə əsas qəhrəmana kömək etmək cəhdləri də var və əsas sual şüşənin satıla bilcəəyi ən kiçik məbləğin hansı olduğudur. Sonuncudan başqa hər bir alıcı üçün bu suala cavab vəziyyətdən asılıdır. Şüşəni satmaq üçün öz şanslarını nəzərə almaq burada mənasızdır.

Son xəbərlər
Digər xəbərlər