-1 C
Baku
Sunday, December 15, 2024

Stoltenberq: Avropadakı vəziyyət 1945-ci ildən bəri ən təhlükəli olaraq qalır

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Avropadakı mövcud vəziyyət İkinci Dünya müharibəsindən sonra ən təhlükəli olaraq qalır. Onun sözlərinə görə, Şimali Atlantika Alyansı “Ukraynadakı münaqişənin böyük müharibəyə çevrilməsinin qarşısını almağa çalışır”.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Avropa İkinci Dünya müharibəsindən bəri ən təhlükəli vəziyyətdədir və NATO Ukraynadakı münaqişənin böyük müharibəyə çevrilməsinin qarşısını almağa sadiqdir”, – deyə Stoltenberq söyləyib.

Kreml isə buna cavab olaraq Ukrayna böhranına səbəb olan vəziyyətin onilliklər ərzində formalaşdığını deyib.

Son xəbərlər
Digər xəbərlər