23 C
Baku
Tuesday, May 21, 2024

Stonehenge – məzarlıqdan festival meydanına doğru

Stonehenge dünyanın ən məşhur arxeoloji abidələrindən biridir. Bu abidə ilk növbədə özünün sirli görünüşü ilə insanların diqqətini cəlb edir. Alimlər bu günə qədər qədim insanların daşları nəyə görə bu formada qruplaşdırdıqlarını tapa bilmirdilər. Lakin deyəsən britaniyalı alimlər sualın cavabını tapmışlar.

Mif və əsatir sevənlər bu daşları qədim druid qəbiləsi ilə əlaqələndirirlər və belə hesab edirlər ki, bunun əsasını məhz Merlin özü qoyub. Belə bir iddia var ki, Stonehenge – dinsiz kraliça Boaditsei-nin məzarıdı. Praqmatik tarixçilər isə uzun müddət bu daşların qədim astroloji təqvimlə və yaxud rəsədxana ilə əlaqələndirirlər. Lakin bir qrup britaniyalı alimin 10 illər boyu apardığı araşdırmalar bu sirli abidəyə yeni məna qazandırdı. Məlum oldu ki, əvvəllər Stonehenge-in yerində qəbiristanlıq olub. Alimlərin bu versiyasını buradan tapılmış 63 insanın qalıqları sübut edir. Həmçinin alimlərin araşdırmasına görə bu məzarlıq ö dövrün elit təbəqəsinə xidmət göstərib və bu “elit məzarlıq” təxminən bizim eradan 3000 il əvvəl yaranıb.

Bir neçə yüzillik keçdikdən sonra isə bu məzarlıq hazırda bizim müşahidə etdiyimiz abidə formasını alıb. Araşdırma zamanı əldə edilən tapıntılar bu məzarlığın inşasında təxminən 4 min insanın işlədiyini deməyə imkan verir. Daha sonralar Stonehenge əhalinin burada yığışaraq müxtəlif tədbirlər keçirdiyi yerə çevrilir.

Müntəzəm olaraq isə əhali bura gələrək qış və yay gün dönümünü qeyd edirdilər. Beləliklə bu abidə insanları birləşdirən ortaq cəhətə çevrilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər