9 C
Baku
Thursday, December 12, 2024

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin inzibatı binası 14 milyon manata təmir ediləcək

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi “ORN-GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 14 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə məxsus İnzibati binanın təmir-tikinti işləri nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 13 780 000 AZN-dir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il martın 16-da “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Fərmana əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilərək onun əsasında üç dövlət orqanı – Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılmışdır.

Son xəbərlər
Digər xəbərlər