19 C
Baku
Thursday, April 25, 2024

Strateji planlaşdırma 2021: yeddi addım

Pandemiya ətrafındakı qeyri-müəyyənlik, iş adamlarını strateji planlaşdırmanı daha yaxşı zamana qədər təxirə salmağa təhrik edir: əgər 2020-ci ildə olduğu kimi, qurduğunuz plan birinci rübdə ləğv edilməli olsa, onun hazırlanmasına vaxt ayırmağa dəyərmi?

Lakin təlatümlü dövrlərdə strategiya hazırlamaq daha vacibdir, buna görə yeni il şirkətinizin gələcəyi haqqında düşünmək üçün ən uyğun vaxtdır. Ümumiyyətlə, strateji iş planlaşdırması üç suala cavab verir:

1. Şirkətinizdə vəziyyət necədir?

2. Gələn il üçün qarşıya hansı hədəflər qoyulmalıdır?

3. Bu hədəflərə necə nail olmaq olar?

Strategiya hazırlamaq üçün yeddi addım:

1. Hədəflərinizi müəyyən edin

Hansı məqsədlərə nail olmaq istədiyinizi səsləndirmək kifayət deyil, məsələn, satışları artırmaq. Çalışın hədəflərinizi konkretləşdirmək üçün özünüzə aşağıdakı sualları verin:

– biznesi necə görürsünüz (sizi biznesə başlamağa sövq edən nədir),

– biznesinizin missiyası (nəyə nail olmaq istəyirsiniz),

– şəxsi dəyərləriniz (bir şəxs olaraq sizin üçün vacib olan nədir).

2. Mümkün ssenariləri nəzərdən keçirin

Biznesinizə ən çox təsir göstərə biləcək faktorları, həmçinin ən yaxşı hədəfləri (“A” planı) və ən böyük riskləri (“B” planı) müəyyənləşdirin. Müştərilərinizlə danışın: onların ehtiyaclarını, problemlərini və imkanlarını başa düşmək hər zamankindən daha vacibdir.

3. Şirkətinizin real vəziyyətini anlayın

Hədəflərinizdən nə qədər uzaqsınız: biznesiniz nə dərəcədə səmərəlidir, şirkətin fəaliyyətində əsas rolunuz nədən ibarətdir, əməkdaşlarınıza nə təklif edirsiniz? Bütün bu sualları cavablandırın və dəyərlərinizlə müqayisə edin.

4. Prioritetləri müəyyən edin

Resurslarınız və imkanlarınız əsasında bir neçə konkret hədəf seçin, bütün diqqətinizi onlara yönəldin və plan qurmağa başlayın. Bununla yanaşı, şirkətinizin güclü tərəflərini inkişaf etdirin, zəif tərəflərini isə aradan qaldırmağa çalışın.

5. Strateji niyyətlərinizi məhdudlaşdırın

Bu və ya digər səbəbdən hazırda sizin üçün uyğun olmayan strategiyalardan imtina edin. Resursunuz çatmadığı (kadr, vaxt və ya pul) ideyaları bir müddətlik kənara qoyun. Uğursuz nəticə əldə edəcəyinizi bildiyiniz fikirlərdən daşının. Nələrə nail ola bildiyinizi dərk edin, əsasən məhsul və xidmətlərin yaxşılaşdırılması üzərində konsentrasiya olun.

Rüblük olaraq maksimum üç əsas strateji istiqamət seçin, lakin əgər hər hansı iddialı planlarınız varsa, gələcəkdə onlara necə nail olacağınızı düşünməkdən çəkinməyin.

6. Strateji planınızı həyata keçirmək üçün yol xəritəsi yaradın

Unutmayın ki, korporativ strategiya yaratmaq – işin yarısıdır. Növbəti addım onun icrasından ibarətdir. Planınızın hər bir elementi ilə necə və nə vaxt məşğul olacağınızı müəyyənləşdirin, öhdəlikləri işçilər arasında bölün və dəqiq vaxt təyin edin.

7. Strateji planlaşdırmanı fasiləsiz prosesə çevirin

Mövcud mühitdə cari planlarınızın necə həyata keçirildiyini qiymətləndirmək lazımdır. Ümumiyyətlə, şirkətinizdə gedən işləri idarə edəcəyiniz tezliyi təyin edin. Mütəmadi olaraq özünüzün və işçilərinizin hədəflərinizə uyğun hərəkət etdiyinə əmin olun.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər