Mərkəzi Bank və Dövlət Neft Fondunun (DNF) aktivləri son bir neçə ildə davamlı artıb.
Hesablama Palatasından verilən məlumata görə, 2018-ci ilin altı ayında DNF-nin aktivləri üzrə 5,6%, Mərkəzi Bankın aktivləri üzrə isə 6,7% artım müşahidə edilib.
Nəticədə, strateji valyuta ehtiyatlarının həcmi 5,7% və ya əvvəlki dövrlə müqayisədə 2 milyard 360,8 milyon dollar artaraq, 43 milyard 548,8 milyon dollara çatıb.