Ştutqart” Mağazalar Şəbəkəsinin fəaliyyəti, keçirəcəyi kampaniyalar və ehtiyat hissələrinin kreditlə satışı barədə suallara cavab tapmaq üçün şirkətin kredit şöbəsinin rəhbəri Vüsal Şirməmmədov bu barədə müsahibə verib.
Vüsal Şirməmmədov bildirib ki , “BRAVO” hipermarketlərdə ilk mağazamız mart ayının 15-də fəaliyyətə başlayacaq. Belə ki, ilk olaraq“BRAVO”-nun Koroğlu və 20 Yanvar filiallarında həm mağaza həm də servis xidmətləti açılacaq. Daha sonra isə tez bir zamanda “BRAVO”-nun digər filiallarında da “Ştutqart”mağazaları fəaliyyət göstərəcək.
Bildirək ki, Ştutqart” Mağazalar Şəbəkəsi artıq 16 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. 2004-cü ildə əsası qoyulan “Ştutqart” müxtəlif növ avto ehtiyat hissələrini dünya ölkələrindən Azərbaycana gətirərək topdan və pərakəndə satışını həyata keçirməklə məşğuldur.