16 C
Baku
Thursday, April 25, 2024

“Subaylar günün”də “Alibaba”dan $38,4 milyardlıq mal sifariş edilib

Çinin “Alibaba” elektron ticarət şirkətinin platformalarında noyabrın 11-də 268,4 milyard yuan (38,4 milyard ABŞ dolları) məbləğində sifariş qəbul olunub. Bununla da şirkətin ötən ilki rekordu (30,4 milyard dollar) yenilənib.

Gün ərzində “Alibaba”nın Çindəki və xaricdəki istifadəçiləri “Yalnızlar günü” (Subaylar günü) ilə əlaqədar endirim kampaniyasından yararlanıblar.

Qeyd edək ki, Çinin ticarət şəbəkələri hər il 11-ci ayın 11-də “Yalnızlar günü” ilə əlaqədar alıcılara böyük endirimlər təklif edir. “Alibaba” şirkəti tərəfindən 2009-cu ildən etibarən onlayn satış platformalarında bu kampaniya tətbiq olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər