1 C
Baku
Saturday, December 14, 2024

Sudanın maliyyə sistemi çökdü

Sudanda maliyyə sisteminin çökməsi nəticəsində paytaxt Xartumdakı bazarlarda ərzaq mallarının satışı dayandırılıb.

Bu ölkənin Mərkəzi Bankı dərman preparatları və taxıl istisna olmaqla, qalan məhsulların pulsuz ödənişlə, əsasən mədənlərdə çıxarılan qızılla əldə edilməsinə icazə verib.

Martın 12-də Sudan funtunun dollar və avroya qarşı 30 faizdən çox dəyər itirməsi ticarət obyektlərinin sahiblərini çıxılmaz vəziyyətə salıb. İndi onlar ərzaq mallarının qiymətini müəyyən etməkdə çətinlik çəkirlər. Qarşıdakı həftədə devalvasiyanın yeni dalğasının gələcəyındən ehtiyat edən tacirlər mağazalarını bağlamağa üstünlük verirlər. Xüsusən, Ramazan ayı ərəfəsində qiymətlərin 50 faizə qədər artacağı ehtimal olunur ki, bu da ölkə əhalisinin aclıq təhlükəsi ilə üzləşməsi deməkdir.

Hazırda Sudan Mərkəzi Bankının müəyyən etdiyi kurs (1 dollar = 600 Sudan funtu) real olmadığından, valyutadəyişmə məntəqələri xarici valyutaları, habelə qonşu Misir funtunu daha baha satırlar.

 

 

Son xəbərlər
Digər xəbərlər