13 C
Baku
Friday, May 17, 2024

Sui-qəsd hadisəsinin fonunda yapon yeni kəskin bahalaşıb

Yaponiyanın keçmiş baş naziri Sindzo Abenin cümə günü hücuma məruz qalmasından sonra investorlar təhlükəsiz aktivlərə “axışıblar”. Bildirilir ki, yapon yeni və ABŞ-ın dövlət istiqrazları kəskin bahalaşıb.

Banker.az bu barədə “Profinance”a istindən xəbər verir.

Yen 0.5% möhkəmlənsə də, tezliklə 135.75-ə qədər geriləyib. ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 2% azalaraq 2.97%-ə düşüb.

Analitiklər və ekspertlər bu hadisənin necə nəticələnəcəyini düşünürlər. Seçimlər mərkəzi bank üçün siyasi dəstəyin mümkün dəyişməsindən tutmuş bazarlarda hər hansı reaksiyanın müvəqqəti olacağı gözləntilərinə qədər dəyişir. Bazar günü Yaponiyada parlamentin yuxarı palatasına seçkilər keçiriləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər