10 C
Baku
Thursday, December 12, 2024

Süleyman Qasımov SOCAR-ın vitse-prezident vəzifəsindən azad edilib

Süleyman Qasımovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 28 iyul 2023-cü il tarixdə sərəncam imzalayıb.

“Süleyman Mehrəli oğlu Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilsin”- deyə sərəncamda deyilir..

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qasımov Süleyman Mehrəli oğlu 1961-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti), 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

1982-1991-ci illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, iqdisadçı, baş mühasibin müavini, baş mühasib) çalışıb. 1991-2003-cü illərdə “Xəzərdənizneft” İstehsalat Birliyinin (İB), “Azərineft” Neft və Qazçıxarma Baş İdarəsinin, “Dənizdə neft və qazçıxarma” İB-nin baş mühasibi vəzifələrində işləyib. 2004-2006-cı illərdə ARDNŞ-nin Baş Ofisində İqtisadiyyat və uçot İdarəsinin şöbə rəisi, idarə rəisinin müavini, idarə rəisi olub.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2006-cı ildə ARDNŞ-nin (SOCAR) vitse-prezidenti vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 2006-cı ildə “Tərəqqi” medalı, 2011-ci ildə “Şöhrət” ordeni, 2017-ci ildə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. İqtisad elmləri doktoru, professordur, 3 monoqrafiya, 45-dən çox elmi məqalənin müəllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Son xəbərlər
Digər xəbərlər