Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin müdafiə idarələrinin rəhbərləri Qazaxıstandan sülhməramlıların daimi dislokasiya məntəqələrinə qaytarılmasının təşkili haqqında qərar imzalayıblar.
Banker.az xəbər verir ki, bu gün KTMT-yə üzv ölkələrin müdafiə nazirləri Şurasının videokonfrans vasitəsilə növbədənkənar iclası keçirilib.
“KTMT-nin növbədənkənar iclasının yekununda müdafiə idarələrinin rəhbərləri hərbi kontingentin respublika ərazisindən çıxarılmasının təşkili haqqında birgə qərar imzalanıb”, – deyə mesajda bildirilib.