17 C
Baku
Thursday, May 2, 2024

Sumqayıt Kimya Sənaye Parkında 3 şirkətə rezidentlik statusu verilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında 3 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

Bununla da Parkın rezidentlərinin sayı 35-ə çatıb.

Yeni rezidentlər – “Az-Kom Servis” MMC tullantı yağının təkrar emalı nəticəsində SN 150, SN 350 və SN 500 markalı baza yağı, eləcə də bitum və dizel yanacağı, “Neo Project” MMC müxtəlif ölçülü kompozit (fiberqlas) armatur və şəbəkə istehsalı, “Sakuraz Green Energy” MMC isə litium akkumulyatorlarının bərpasını həyata keçirəcək müəssisə inşa edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər