8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda bankir MMC-yə icraçı direktor təyin olundu

Sumqayıt Texnologiyalar Parkının rəhbərliyində dəyişiklik edilib. “Sumqayıt Texnologiyalar Parkı” MMC-yə icraçı direktor vəzifəsinə Emin Yaşar oğlu Məmmədov təyin olunub.

Bu barədə məlumat Banker.az-a Qurumdan bildirilib.

Emin Məmmədov 6 oktyabr 1973-cü ildə anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Energetika” fakültəsini, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirib. Emin Məmmədov tanınmış beynəlxalq maliyyə təşkilatlarının əməkdaşı olaraq, istehsal layihələrinin maliyyələşdirilməsi sahəsində də böyük təcrübə toplamış, 1997-ci ildən bank sistemində  çalışır.

 

Son xəbərlər
Digər xəbərlər