12 C
Baku
Sunday, September 29, 2024

“Sumqayıt Texnologiyalar Parkı”nın marketinq sahəsinə rəhbər təyin olundu

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Qrup marketinqi rəhbəri təyin edilib.

Banker.az xəbər verir ki, bu vəzifəyə Kamal Eminov təyin edilib. O bu aydan vəzifəsinin icrasına başlayır.

K.Eminov 2023-cü ilin avqustundan “PAŞA Bank” ASC-də çalışır. Onun bu bankda son vəzifəsi Marketinq və Korporativ kommunikasiya rəhbəri idi.

O, 2004-2014-cü illərdə “AccessBank” QSC-də, 2014-2015-ci illərdə “Amrahbank” ASC-də, 2015-ci ildə “DəmirBank” ASC-də və 2015-2023-cü illərdə ABB-də çalışıb. ABB-də son vəzifəsi Marketinq Departamentinin direktor müavini olub.

K.Eminov 1998-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Beynəlxalq iqtisadi münasibətlər və onun idarəedilməsi üzrə bakalavr, 2019-2020-ci illərdə Romadakı Unitelma Sapiyença Universitetində Beynəlxalq əməkdaşlıq, maliyyə və inkişaf ixtisası üzrə magistr dərəcəsinə sahib olub.

Son xəbərlər
Digər xəbərlər