14 C
Baku
Monday, May 6, 2024

Sumqayıtda 3 yataqxana söküləcək

Sumqayıtda 3 yataqxana söküləcək.

Bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyindən məlumat verilib.

Belə ki, Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən istismar müddətini başa vurmuş 1 nömrəli, Kimyaçılar yaşayış massivində yerləşən 3 nömrəli və 2-ci mkr. ərazisində yerləşən 13 nömrəli yataqxana binalarının söküntü layihələri, Babək küçəsi 52 ünvanında olan yaşayış kompleksi ərazisində yeraltı qarajın tikintisi layihəsi və Xırdalan şəhəri ərazisində 2.0687 ha torpaq sahəsində layihələndirilən 7 binadan ibarət çoxmərtəbəli yaşayış kompleksinin tikinti layihəsi üzrə yaşıllıqların götürülməsi və mühafizəsi ilə bağlı müzakirələr aparılıb.

Agentlik rəsmiləri bildirib ki, layihələrə ekspertiza rəyi verilən zaman ekoloji normalara riayət olunması, ətraf mühitin mühafizəsi, mövcud yaşıllıqların qorunması və daha da artırılması əsas götürülür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər