Sumqayıtın toxuculuq şirkəti idarəetmə orqanlarını yenidən formalaşdıracaq

“Sumqayıt Toxucu” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 6 noyabr 2026-cı il saat 10.00-da cəmiyyətin yerləşdiyi inzibati binada keçiriləcəkdir.

Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1. 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatının müzakərəsi təsdiqi.

2. Mənfəət və zərərlərin bölüşdürülməsi.

3. İdarəetmə orqanlarının yenidən formalaşdırılması.

4. Digər məsələlər.

Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələlərlə əlaqədar sənədlərlə həftənin iş günləri cəmiyyətə gəlməklə tanış ola bilərlər.

Xatırladaq ki, şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Aydın İsgəndərovdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər